ABŞ müharibəyə daxil olacaq? – Trampdan qəribə cavab


İran İsraillə konfliktdə deeskalasiya istəyir.

Turkustan.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Kanadada keçirilən G7 sammiti çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Onlar (İranlılar – red.) danışmaq istərdilər, amma bunu daha tez etməli idilər. Mənim 60 günüm var idi, onların da 60 günü var idi və 61-ci gündə dedim ki, bizim müqaviləmiz yoxdur (Tramp bundan öncə İsrailin İrana “61-ci gündə” zərbə endirdiyini bildirmişdi – red.)”, – o vurğulayıb.

Tramp qeyd edib ki, İran razılığa gəlməli olacaq:

“Bu (müharibə - red.), hər iki tərəf üçün ağrılıdır, amma deyərdim ki, İran bu müharibədə qalib gəlmir və çox gec olmadan danışıqlar lazımdır”.

O, ABŞ-ın bu münaqişəyə hərbi müdaxiləyə sövq edilə biləcəyi barədə suala isə belə cavab verib:

“Biz həmişə İsraili dəstəkləmişik. Biz bunu uzun müddətdir, güclü şəkildə etmişik və indi İsraildə hər şey yaxşıdır”. /axar.az/


MANŞET XƏBƏRLƏRİ