Aİ Rusiyanın İran və İsrail arasında vasitəçiliyinə qarşıdır


Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Anouar El Anouni Rusiyanın İran və İsrail arasında vasitəçiliyinə qarşı olduqlarını bildirib.

Turkustan.az xəbər verir ki, El Anouni Brüsseldə keçirdiyi gündəlik mətbuat konfransında Rusiyanın İran və İsrail arasında vasitəçilik təklifini dəyərləndirib.

Rusiyanın "sıfır etibarına" malik olduğunu bildirən El Anouni: "Rusiyanın rekordları onu göstərir ki, onun maraqlı olduğu yeganə şey müharibədir. Rusiya davamlı olaraq beynəlxalq hüququ və BMT Nizamnaməsini pozur".

Yanvarın 17-də Rusiya ilə İran arasında imzalanmış hərtərəfli strateji tərəfdaşlıq sazişini xatırladan El Anouni Moskvanın Təl-Əviv və Tehran arasında “qərəzsiz vasitəçi” ola bilməyəcəyi barədə fikirlərini bölüşüb.

Rusiya İsraillə İran arasında vasitəçilik etməyə hazır olduğunu bəyan edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ