İsrailin Baş naziri Binyamin Netanyahunun "Tehranın səması nəzarət altında, hərəkətə keçirik. Tehranı boşaldın" sözlərinin ardından İsrail ordusu hərəkətə keçdi.
Turkustan.az xəbər verir ki, İsrail təyyarələri Tehranı hədəfə alıb.
İsrailin müdafiə naziri Yisrael Katz İran Dövlət Televiziyasının (IRİB) Tehrandakı qərargahını vurmağı planlaşdırdıqlarını açıqlayıb. IRIB-ni hədəf alacaqlarına işarə edən Katz: "İranın təbliğat və təhrik təşkilatı yox olmaq üzrədir" dedi.
Katzın bəyanatından sonra Tehranda vurulan məqamlardan biri də İran dövlət televiziyası oldu. İsrail təyyarələrinin televiziya binasını vurması anı canlı yayımlanıb. Hücum zamanı xəbər aparıcısı studiyanı tələsik tərk etməli olub.
İsrailin İran dövlət televiziyasına hücumu ilə bağlı ilk məlumat daxil olub. Hücumda çoxlu sayda itki olduğu öyrənilib.
İran isə açıqlamasında İsrailin iki televiziya kanalını vuracaqlarını bildirib. Bəyanatda "Televiziya binalarını boşaldın" deyilir.
Aytən Yaşar/ Turkustan.az