Şimali Koreya da İran-İsrail müharibəsində öz tərəfini seçdi


Yaxın Şərqdə İsrail və İran arasında artan hərbi gərginlik beynəlxalq aləmdə yeni uyğunlaşmalara gətirib çıxarır.

Turkustan.az xəbər verir ki, İsrailin İranın nüvə obyektlərinə və hərbi infrastrukturuna hava zərbələri İran tərəfindən raket və pilotsuz təyyarələrlə qarşılanıb. Toqquşmalar regionda gərginliyi artırsa da, qlobal güclərin reaksiyaları da müxtəlif olub.

ABŞ və Böyük Britaniya İsrailə dəstək bəyanatları versə də, Rusiya və Çin diplomatik səviyyədə İranın yanında olduqlarını bəyan ediblər. Regional müttəfiqlər Suriya və Livan da İranı dəstəkləyən ölkələr sırasındadır.

Nəhayət, Şimali Koreya lideri Kim Çen In diqqətçəkən bəyanatla çıxış edib. Kim İsrailin hücumlarını “imperialist təxribat” adlandırıb və Pxenyan administrasiyasının İranın yanında olduğunu açıqlayıb. Kim Çen Inın bəyanatında bu ifadələr yer alıb: "Biz müttəfiqimiz İrana qarşı istənilən təhlükəyə qətiyyətlə cavab verəcəyik. Qlobal imperializmin muzdlularına xəbərdarlıq edirik".

Şimali Koreyanın bu addımı Pxenyan administrasiyasının təkcə Asiyada deyil, həm də Yaxın Şərqdəki tarazlığa təsir etmək istəyini ortaya qoyur. Ekspertlər bu duruşun həm nüvə diplomatiyası, həm də təhlükəsizlik siyasəti baxımından diqqətlə izlənilməli olduğunu vurğulayırlar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ