Müharibə davam edərkən Ərdoğandan Pezeşkiana MÜHÜM TƏKLİF


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti Məsud Pezeşkianla telefonla danışıb.

Turkustan.az xəbər verir ki,Ərdoğan münaqişənin sona çatmasında və danışıqlara qayıtmasında rol oynamağa hazır olduğunu bildirib.

Görüşlə bağlı Rabitə Müdirliyindən açıqlama verilib.

Açıqlamada: "Prezidentimiz Rəcəb Tayyib Ərdoğan İran prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb. Görüşdə İsrail-İran münaqişəsi, regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğanın İsrail və İran arasındakı münaqişə prosesi ilə bağlı liderlərlə bir sıra təmaslar apardığı, Türkiyənin münaqişənin dərhal sona çatması və nüvə danışıqlarına qayıtması üçün yardımçı rol oynamağa hazır olduğu bildirilib. Cənab Prezidentimiz Türkiyənin regionda sülh və sabitliyin qorunmasına verdiyi önəmi vurğuladı"-deyə, bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ