İran İsrail arasında münaqişənin dərinləşməsi nəyə səbəb ola bilər? - ŞƏRH


Son iki gündə artıq İsrail və İran arasında gedən hava hücumlarının nə qədər dağıdıcı xarakter daşıdığını gördük və Tel Əviv tərəfi danışıqlar yolu ilə həll edə bilmədiyi nüvə proqramı məsələsini avia zərbələr ilə bitirmək istəyir.

İranın nüvə proqramını bitirməsi İsrailin də zəifləməsi deməkdir. Hələ 1948 ci ildə Fələstin mandatında İsrail dövləti qurulanda məqsəd Avropadan nasizmin qətliamlarından didərgin düşən yəhudi əsilli qaçqınların yerləşdirilməsi idi.

Zaman keçdikcə, İsrail və Ərəb koalisiyası arasında münasibətləri Fələstin mandatı ərazisində genişlənməsi mənfiyə doğru dəyişdi və bir neçə ərəb İsrail müharibəsinə səbəb oldu.

1948 1949 cu illəri əhatə edən İsrail və Ərəb Fələstin koalisiyası arasında müharibə Tel Əvivin qalib gəlməsi ilə başa çatdı və bir sıra strateji əhəmiyyətli Fələstin əraziləri ələ keçirildi.

1967 ci ildə 6 günlük müharibədə İsrail və Suriya, İordaniya və Misir arasında gedən savaşlar nəticəsində Sinay yarımadası ələ keçirildi.

1973 cü ildə Yom Kippur (yəhudilərdə dini bayram) müharibəsi zamanı yenə İsrail qalib gəldi və Misirlə atəşkəs zonasında BMT Sülhməramlıları yerləşdirildi. lakin, Sinay Misirə qaytarıldı. (1982 ci ilədək hissə hissə Qahirə ərazisini geri ala bildi)

Həmin dövrdə İsrailin ən böyük taktiki gedişi isə sinay yarımadasını ələ keçirməsi olmuşdur. Çünki, Bu hadisədən sonra Misir kimi böyük dövlət artıq İsrailə qarşı hər hansı hərbi əməliyyatdan uzaq duracaqdı və cənubi İsrailin təhlükəsizliyi uzun müddətə təmin olunacaqdı.

Qaldı ki, bu günkü İsrail İran münaqişəsinə, aparılan hava əməliyyatlarının müharibəyə səbəb ola biləcəyi ehtimalı yüksəkdir çünki, Netanyahu özünün son çıxışında İran Xalqına müraciət edərək tezliklə səmada İsrail təyyarələrinin görünəcəyini,

Hava nəzarətini ələ alacaqlarını bildirib.

İran isə artıq Vaşinqton və Tel Əviv tərəfindən ona qarşı aparılan əməliyyatlara və müxtəlif dövlət vəzifəlilərini hədəfə alan hava zərbələrinə cavab olaraq aparacağı əməliyyatı tezliklə bitirmək niyyətində deyil.

Əslində, ABŞ nə qədər İsrailə bu münaqişədə ciddi dəstək göstərməsə də bir sıra maraqları da var.

Birincisi, Rusiyanı İranı aradan qaldırmaqla Hind okeanına çıxış və Yaxın şərqdə mövcud olma imkanlarından məhrum etmək istəyir. Suriyada hakimiyyət dəyişikliyindən sonra Rusiya bazalarının əhəmiyyətli qismi ölkəni tərk etdi.

İkincisi, İran isə Moskvanın müttəfiqi olaraq İsrail ABŞ güclənməsi fonunda əsas məsələyə çevrilmişdi. Rusiya Tehranla iqtisadi və siyasi əməliyyatlar fonunda Qərbə qarşı meydan oxuyur və daxili bazarını müxtəlif çeşidli məhsullarla təmin edirdi. Tel Əviv apardığı hərbi əməliyyatlarla İranın demək olar ki, müttəfiqlər koalisiyanı dağıdıb. Ən əsas hədəf isə nüvə proqramından geri çəkilmək idi və bundan sonra müharibə aparmaq asan olacaqdı. Fəqət, İran Məşqət və Romada keçirilən ev sahiblərinin vasitəçi olduğu görüşlərə baxmayaraq yenə iddiası üzərində durdu.

Əgər regionda müharibə olarsa şübhə yoxdur ki, bu qonşu ölkələrə genişmiqyaslı qaçqın axınına səbəb olacaq, neft və nüvə anbarlarına İsrailin endirdiyi zərbələr ekoloji fəlakətə gətirə bilər.

ABŞ, Qətər, Türkiyə kimi ölkələrin vasitəçi qismində sülh danışıqlarına hər iki ölkəni gətirməsi də mümkün ola bilər lakin, hazırki, əməliyyatlar bunu deməyə əsas vermir

Müəllif siyasi şərhçi İsa İsmayılov


MANŞET XƏBƏRLƏRİ