ABŞ dövlət katibi Rubio İsrailin İrana hücumundan sonra yazılı açıqlama verib.
Turkustan.az xəbər verir ki, ölkəsinin hücumda iştirak etmədiyini bildirən Rubio: "İsrail bu gecə İrana qarşı təktərəfli hərəkətə keçdi. Biz İrana qarşı hücumlarda iştirak etmirik və bizim ən böyük prioritetimiz bölgədəki Amerika qüvvələrini qorumaqdır" dedi.
Rubio İsrailin hücumdan əvvəl ABŞ-ı məlumatlandırdığını və bu addımı "öz qanuni müdafiəsi" çərçivəsində atdıqlarını bildirib.
O, ABŞ administrasiyasının prezident Donald Trampın göstərişi ilə bölgədəki qüvvələrini qorumaq üçün bütün lazımi addımları atdığını bildirib və regional tərəfdaşları ilə təmasda olduqlarını qeyd edib.
Bəyanatının sonunda Rubio ölkəsinin hücumla heç bir əlaqəsi olmadığını təkrar edərək, Tehrana ABŞ-ın bölgədəki varlığını hədəf almaması ilə bağlı xəbərdarlıq edərək: “Açıq deyim: İran ABŞ-ın maraqlarını və şəxsi heyətini hədəf almamalıdır” deyib.
Aytən Yaşar/ Turkustan.az