İsrail müxalifəti Netanyahunu devirmək üçün parlamenti buraxmağa çalışır


İsraildə müxalifət partiyaları baş nazir Benyamin Netanyahunun hakimiyyətinə son qoymaq üçün parlamentin buraxılması ilə bağlı qanun layihəsini bu gün parlamentdə səsverməyə çıxaracaqlarını açıqlayıblar.

Turkustan.az xəbər verir ki, Kanal 12 televiziyasının məlumatına görə, İsrail parlamentində toplaşan müxalifət liderləri parlamentin buraxılması və ölkəni növbədənkənar seçkilərə aparan qanun layihəsinin bu gün baş assambleyada səsverməyə çıxarılmasına yekdilliklə qərar veriblər.

Müxalifət liderlərinin bir araya gəlməsindən sonra verilən birgə bəyanatda bütün səyləri bir məqsədə, “hakimiyyəti devirməyə” yönəltmək üçün müxalifətin təqdim etdiyi bütün qanun layihələrinin bu gün gündəmdən çıxarılmasına qərar verildiyi bildirilib. Netanyahu hökuməti müxalifətin qanun layihəsini gətirməsinin qarşısını almaq üçün bu gün parlamentə çoxlu sayda qanun layihəsi gətirir.

Bildirilib ki, parlamentin buraxılması ilə bağlı qanun layihəsinin Baş Assambleyanın gündəliyinə daxil edilib-edilməməsi məsələsinin müzakirə olunduğu iclasda Fələstin əsilli İsrail vətəndaşlarını təmsil edən Raam (Vahid Siyahı) və Hadaş-Taal (Birgə Siyahı) partiyaları da daxil olmaqla, bütün müxalifət ünsürlərinin liderləri iştirak edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ