Los-Ancelesdə komendant saatı elan edildi


Günlərdir qeyri-qanuni mühacirlərə dəstək nümayişlərinə səhnə olan Los-Anceles şəhər mərkəzində komendant saatı elan edilib.

Turkustan.az xəbər verir ki, Kaliforniya ştatınınLos- AncelesBələdiyyəsi tərəfindən edilən yazılı açıqlamada , hər gün yerli vaxtla saat 20:00-dan 06:00-a qədər növbəti xəbərdarlığa qədər komendant saatı tətbiq ediləcəyi açıqlanıb.

Açıqlamada qeyd edilib ki, Los Anceles Polis Departamenti (LAPD) qruplarına əlavə olaraq, şəhər mərkəzində təhlükəsizliyi təmin etmək üçün bölgənin hər yerindən yüzlərlə təhlükəsizlik işçisi təyin edilib.

Bəyanatda deyilir ki, komendant saatı hüquq-mühafizə orqanlarının əməkdaşları, səhiyyə və fövqəladə hallar işçiləri, yerli sakinlər, işə gedib-gələnlər və mətbuat kartı daşıyan jurnalistlər istisna olmaqla, bütün şəxslərə şamil edilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ