ABŞ prezidenti Donald Tramp İran etirazçılarına çağırış edib.
Turkustan.az xəbər verir ki, Tramp “İran vətənpərvərlərinə” müraciət edərək etirazları davam etdirməyə və dövlət qurumları üzərində nəzarəti ələ keçirməyə çağırıb.
ABŞ prezidenti həmçinin etirazlar zamanı öldürülən və təhqir edilən şəxslərin adlarının qeydə alınmasını tələb edərək, bu əməllərə görə məsul olanların ağır bədəl ödəyəcəyini bildirib.
Tramp qeyd edib ki, “kömək yoldadır”.
O, etirazçıların qətli dayandırılana qədər İran hökuməti ilə danışıqları ləğv etdiyini də açıqlayıb.
Reuters agentliyinə danışan İran rəsmisinin sözlərinə görə, etirazlar zamanı 2 000 nəfər həlak olub.
Aytən Yaşar/ Turkustan.az