Ukraynada mülki hədəflərə qarşı "Oreshnik"dən istifadə Rusiyanın törətməyə hazır olduğu vəhşiliklərin səviyyəsini nümayiş etdirir.
Turkustan.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte Brüsseldə Avropa Parlamentində "Yeni Avropa" partiya qrupunun konfransında çıxışı zamanı bildirib.
“Oreşnik raketləri ölüm və kütləvi qırğın silahlarıdır və biz bunu indi, bu yaxınlarda Lvova qarşı istifadə edildikdə gördük və mən bunu dəhşətli hesab edirəm”, - deyə Rutte bildirib və Rusiyanın son hücumundan da bəhs edib. O zaman yüzlərlə dron və onlarla raket Ukraynanın mülki infrastrukturunu vurub mülki əhaliyə qarşı yönəlmişdi.
NATO-nun baş katibi bildirib ki, "Bunun cəbhə xəttindəki döyüşlərlə heç bir əlaqəsi yoxdur. Bu, sadəcə olaraq Ukrayna əhalisi arasında panika və ölüm yaradır və rusların törətməyə hazır olduqları vəhşiliklərin göstəricisidir".
O, Ukraynanı raketləri məhv etmək üçün lazım olan tutucularla təmin etmək üzərində fəal şəkildə çalışdığını qeyd etdi və parlament üzvlərini Ukraynaya əlavə raket əleyhinə vasitələr təmin etmək üçün daha effektiv imkanlar axtarmaq məqsədilə hökumətləri ilə əməkdaşlıq etməyə çağırdı.
Aytən Yaşar/ Turkustan.az