Çin Xarici İşlər Nazirliyi Trampın İranla bağlı qərarına reaksiya verib.
Turkustan.az xəbər verir ki, nazirliyin bəyanatında bildirilib: “Çin öz qanuni hüquqlarını qətiyyətlə qoruyacaq.”
Çinin ABŞ-dakı səfirliyi isə açıqlamasında qeyd edib ki, “Çin öz maraqlarını müdafiə etmək üçün bütün zəruri tədbirləri görəcək.”
Tramp yeni sanksiyalar qərarını açıqladı.
ABŞ Prezidenti Donald Tramp dekabrın 28-dən bəri kütləvi etirazların davam etdiyi İranla ticarət edən ölkələrə qarşı tariflərin tətbiq olunacağını bəyan edib. O bildirib ki, “İran İslam Respublikası ilə əməkdaşlıq edən istənilən ölkə qərar qüvvəyə mindikdən dərhal sonra ABŞ-la bütün ticarət əməliyyatlarına 25 faiz tarif ödəməli olacaq.”
Tramp bu qərarın “qəti və dəyişməz” olduğunu vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az