Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, xarici qüvvələr İranı sabitsizləşdirmək üçün sosial gərginlikdən istifadə etməyə çalışırlar.
Turkustan.az xəbər verir ki, o, əlavə edib ki, "İranın daxili siyasi proseslərinə dağıdıcı xarici müdaxiləni qətiyyətlə pisləyirik".
Zaxarova paytaxt Moskvada jurnalistlərə İrandakı vəziyyəti qiymətləndirib.
Zaxarova Qərbin uzun illərdir İrana qarşı qanunsuz sanksiyalar tətbiq etdiyinə diqqət çəkərək, bunun İranın inkişafına mane olduğunu və ölkədə iqtisadi və sosial problemlər yaratdığını bildirib.
Zaxarova ABŞ-ın İrana qarşı hərəkətlərini tənqid edərək bunları bildirib:
"Vaşinqtonun İran ərazisinə yenidən hücumlar başlatmaqla bağlı təhdidləri tamamilə qəbuledilməzdir. Yenilənmiş hücumları haqlı çıxarmaq üçün kənardan təhrik edilmiş hadisələrdən istifadə etməyi planlaşdıranlar bu cür hərəkətlərin Yaxın Şərqdəki vəziyyət və qlobal beynəlxalq təhlükəsizlik üçün ağır nəticələrə səbəb olacağını anlamalıdırlar. Biz İranın xarici tərəfdaşlarını tarifləri artırmaqla şantaj etmək cəhdlərini rədd edirik."
Mətbuat katibi Zaxarova İrandakı vəziyyətin ən qısa zamanda yaxşılaşacağına ümid etdiyini bildirib.
Zaxarova İranda fəaliyyət göstərən Rusiya diplomatik nümayəndəliklərinin işini davam etdirdiyini bildirib və ölkədəki Rusiya vətəndaşlarını izdihamlı yerlərdən uzaq durmağa, şəkil çəkdirməkdən çəkinməyə və hüquq-mühafizə orqanlarının tələblərinə əməl etməyə çağırıb.
Aytən Yaşar/ Turkustan.az