"II Qaregin özü şəxsən izah etsin, övladı varmı?" – Paşinyanın kilsə ilə mübarizəsi QIZIŞIR


Ermənistanın baş naziri Nikol Paşinyan erməni ruhanilərinin mənəvi siması ilə bağlı məsələləri gündəmə gətirməyə davam edir.

Turkustan.az xəbər verir ki, Paşinyan bu dəfə Facebook səhifəsində Bütün ermənilərin katolikosu II Qareginə açıq çağırış edib:

“Mənim təsəvvürümdə Bütün ermənilərin katolikosu sarsılmaz bir nüfuz sahibidir, ədalətin dönməz müdafiəçisidir və danışıqsız bir həqiqət mənbəyidir.

Mən inana bilmirəm ki, Katolikos həqiqəti gizlədən biri olsun. Mən inana bilmirəm ki, Katolikosun dilindən həqiqətdən başqa bir şey səslənsin.

II Qaregin şəxsən özü desin, subaylıq andını pozubmu, övladı varmı?

Biz onun dini icması olaraq həqiqəti bilmək hüququna malikik”.

Xatırladaq ki, bundan əvvəl Paşinyan bəyan etmişdi ki, subaylıq vədi vermiş, lakin ailəsi olan ruhanilərin dəqiq sayı müəyyən olunmalıdır və Ermənistan dövləti Bütün ermənilərin katolikosunun seçilməsində həlledici söz sahibi olmalıdır.

Bundan əlavə, baş nazirin rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" partiyasının parlament fraksiyasının kilsənin maliyyə fəaliyyətinin dövlət qarşısında hesabatlı olmasını nəzərdə tutan qanun layihəsi ilə çıxış etməyə hazırlaşdığı barədə də məlumat yayılıb.

Bizim.Media


MANŞET XƏBƏRLƏRİ