İsrailin müdafiə naziri Yisrael Katz Suriyadan işğal olunmuş Colan təpələrinə doğru atılan raketlərə görə onu günahlandıraraq, Suriya prezidenti Əhməd Şaranı hücumla hədələyib.
Turkustan.az xəbər verir ki, nazir Katz X hesabından verdiyi açıqlamada Suriya prezidenti Şaranın "İsrailə qarşı hər bir təhdid və raket atəşinə görə birbaşa məsuliyyət daşıdığını" iddia etdi.
Katz İsrail ordusunun tezliklə Suriyaya "tam cavab" verəcəyini və hücumlara başlayacaqlarını ifadə etdi.
Katzın bəyanatından saatlar sonra İsrail ordusu Suriyadan atıldığı və işğal altındakı Colan təpələrində boş əraziyə düşdüyü iddia edilən raketlərə cavab olaraq Suriyaya hava hücumu təşkil etdiyini açıqlayıb.
İsrail ordusu açıqlamasında bildirib ki, döyüş təyyarələri Suriyanın cənubunu hədəf alıb.
Aytən Yaşar/ Turkustan.az