Suriya 7 milyard dollarlıq əməkdaşlıq müqaviləsi imzaladı


Suriyanın energetika naziri Məhəmməd əl-Bəşir, ölkənin enerji sektorunda bu günə qədər ən əhatəli və əhəmiyyətli razılaşmalardan birini imzaladıqlarını bildirib.

Turkustan.az xəbər verir ki, Suriyanın energetika naziri Bəşir dünən Dəməşqdə Suriya Energetika Nazirliyi ilə Türkiyənin Kalyon Holding və Cengiz Holdinq, Qətərdən UCC və ABŞ-da yerləşən Power International şirkətlərindən ibarət konsorsium arasında imzalanan 7 milyard dollar dəyərində strateji əməkdaşlıq müqaviləsi barədə danışıb.

Bəşir bildirib ki, bu razılaşma Suriyada investisiya prosesinin başlanğıcıdır və enerji təchizatında köklü yaxşılaşmadan xəbər verir.

Sözügedən investisiyaların xidmət keyfiyyətini artıracağını, iş imkanları yaradacağını və ümumilikdə iqtisadi və sosial inkişafa töhfə verəcəyini vurğulayan Beşir: "Müqavilə dörd təbii qaz elektrik stansiyası və bir günəş enerjisi stansiyasının qurulmasını əhatə edəcək. Ümumilikdə 5 min meqavatlıq istehsal gücümüz olacaq" deyib.

Uzun illərdir Suriyaya tətbiq edilən beynəlxalq sanksiyaların bir çox investorlar üçün maneə olduğunu xatırladan Beşir: "Bir çox şirkət fərqli sektorlara investisiya etmək istəyirdi, lakin onların qarşısındakı ən böyük maneə sanksiyalar idi. Sanksiya maneələrinin aradan qaldırılması ilə investorlar daha cəsarətli addımlar atırlar"-deyə, əlavə edib.

Bəşir imzalanan razılaşmanın bu prosesin ən konkret nümunəsi olduğunu və bir Amerika, iki Türkiyə və bir Qətər şirkətinin ortaqlığı ilə həyata keçiriləcək layihələrin Suriyaya sərmayə qoyuluşu ilə bağlı mühüm etimad mesajı verdiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ