Politico: Tramp Rusiyaya qarşı yeni sanksiyalar barədə qərar verməyib


ABŞ prezidenti Donald Tramp Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlı hələlik qərar verməyib.

Turkustan.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Tramp Vaşinqtonun yeni iqtisadi sanksiyalarla hədələyəcəyi təqdirdə Moskvanın atəşkəslə bağlı danışıqlardan imtina edəcəyindən ehtiyat edir.

Daha əvvəl The Wall Street Journal mənbələri ABŞ prezidentinin Rusiya Federasiyasına qarşı əlavə məhdudiyyətlər tətbiq etməyi nəzərdən keçirdiyini və danışıqlar prosesindən çıxmağı planlaşdırdığını bildirib. Yeni məhdudiyyətlər bank sektoruna təsir göstərə bilər, lakin Rusiya rəhbərliyini ABŞ-a lazım olan güzəştləri etməyə məcbur etmək üçün “digər təzyiq tədbirləri”ndən də danışılır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ