Bu ilin mart ayında İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu ilə bağlı afişa və plakatların qadağan edilməsindən sonra onun foto, video və səs yazılarını ehtiva edən məzmunların da metro, metrobus və avtobuslarda istifadəsi qadağan edilib.
Turkustan.az “Sözcü”yə istinadla xəbər verir ki, bu barədə cinayət işinin ibtidai istintaqını aparan İstanbul Baş Prokurorluğu qərar çıxarıb.
Belə ki, Prokurorluq İstanbul Baş Polis İdarəsinə 24 mart tarixində göndərdiyi məktubda İmamoğluya aid afişa və plakatlarin istifadəsini məhdudlaşdırıb və nəticədə, sabiq bələdiyyə sədrinə aid afişalar və plakatlar ictimai yerlərdən yığışdırılıb.
Daha sonra İstanbul Baş Prokurorluğu İstanbul Böyükşəhər Bələdiyyəsinə yeni məktub göndərərək, Əkrəm İmamoğluna aid olan foto, video və audioların istifadəsini qadağan edib.
Qoyulan qadağaya uyğun olaraq, İstanbul Böyükşəhər Bələdiyyəsinə aid olan metro, metrobus və avtobuslarda Əkrəm İmamoğluna aid məzmunlara icazə verilməyəcək. /yeniavaz.com/