Trampdan "Qətər" sualı verən müxbirə sərt reaksiya: Siz axmaqsınız!


ABŞ prezidenti Donald Tramp Cənubi Afrika prezidenti Siril Ramafosa ilə görüşərkən “Qətər hədiyyə təyyarəsi” ilə bağlı sual verən NBC News müxbirini sərt şəkildə tənqid edib.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Tramp Cənubi Afrika prezidenti Ramafosa ilə Oval Ofisdə keçirdiyi görüşdən sonra mətbuatın suallarını cavablandırıb.

Tramp ABŞ və Cənubi Afrika arasındakı problemləri və "ağ fermerlərə qarşı soyqırım" iddialarını müzakirə edərkən "Qətərin ABŞ-a hədiyyə etdiyi təyyarə" ilə bağlı sual verən NBC News müxbirinə sərt reaksiya verib.

Donald Tramp: "NBC burada gördüklərinizdən yayındırmağa çalışır. Siz dəhşətli müxbirsiniz. Xəbərçi olmaq üçün lazım olan şeylərə sahib deyilsiniz. Həm də kifayət qədər ağıllı deyilsiniz"-deyib.

O, NBC News və digər "saxta xəbər" kanallarının Cənubi Afrikada "ağ fermerlərə qarşı soyqırım" xəbərlərinə məhəl qoymadığını, bunun əvəzinə ona qarşı istifadə oluna biləcək "Qətərin təyyarə hədiyyəsini" vurğuladığını bildirib.

Müxbiri də “axmaq” adlandıran Tramp ABŞ mediasındakı “saxta xəbər” kanallarının ölkədəki reallıqları əks etdirmədiyini iddia edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ