İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağının daimi işğalı üçün başlanan hərtərəfli hücumlarla bağlı xəbərdarlıqlara ABŞ prezidenti Donald Trampın “Qəzza baxışına” sadiq olduğunu iddia edərək cavab verib.
Turkustan.az xəbər verir ki, Baş nazirlikdən verilən açıqlamaya görə, Netanyahu Qəzza zolağının daimi işğalı üçün başlanan hərtərəfli hücumlara son qoyulmasını tələb edən Böyük Britaniya, Fransa və Kanadaya reaksiya verib.
“İsrail prezident Trampın vizyonunu qəbul edir və bütün Avropa liderlərini eyni şeyi etməyə çağırır”. Bəyanatda deyilir ki, Qəzzada saxlanılan məhbuslar azad edilərsə, HƏMAS silahlarını yerə qoysa, liderləri sürgün edilərsə və Qəzzada silahlı ünsür qalmasa, hücumlar sabah bitə bilər.
Aytən Yaşar/ Turkustan.az