Bir il ərzində Qəzza zolağı da daxil olmaqla Fələstin ərazilərində ümumi prezident və parlament seçkiləri keçiriləcək.
Turkustan.az xəbər verir ki, bu barədə Ərəb Dövlətləri Liqasının (ƏDL) liderlərinin təşkilatın Bağdadda keçirilən 34-cü sammitinin yekunları üzrə dərc olunmuş bəyanatında deyilir.
İraqın İNA xəbər agentliyi tərəfindən yayılan sənəddə deyilir: "Xalq öz qanuni nümayəndələrini yalnız demokratik seçkilər yolu ilə seçə bilər. Ona görə də bir il ərzində bütün Fələstin ərazilərində, o cümlədən Qəzza zolağı, İordan çayının qərb sahili və Şərqi Qüdsdə ümumi prezident və parlament seçkiləri keçiriləcək. Biz bunun üçün lazımi şəraitin yaradılmasını xahiş edirik ".
Aytən Yaşar/ Turkustan.az