ABŞ prezidenti Donald Tramp bazar ertəsi Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə telefonla danışacağını və ən qısa zamanda atəşkəs əldə olunması ilə bağlı məsələləri müzakirə edəcəyini bildirib.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Tramp Truth Social hesabında Putinlə bazar ertəsi saat 10:00-da (ABŞ vaxtı ilə) telefonla danışacağını açıqlayıb.
Tramp görüşün atəşkəs və ticarətlə bağlı olacağını, daha sonra Ukrayna prezidenti Vladimir Zelenski və bəzi NATO üzvü ölkə liderləri ilə görüşəcəyini bildirib.
“Ümid edirəm ki, məhsuldar gün olacaq, atəşkəs olacaq və heç vaxt baş verməməli olan bu müharibə bitəcək”, - Donald Tramp bildirib.
Aytən Yaşar/ Turkustan.az