İsrail son 24 saatda Qəzzada 153 nəfərin həyatına son qoydu


İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı günbəgün artmaqda davam edir.

Turkustan.az xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin davam edən hücumlarında ölən və yaralananlarla bağlı son məlumat paylaşılıb.

Bildirilib ki, son 24 saatda 7-si dağıntılar altından çıxarılan 153 ölü, 459 yaralı Qəzzada xəstəxanalara çatdırılıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ