ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqə sülh gətirmək üçün gücdən istifadə etməyi planlaşdırır.
Turkustan.az xəbər verir ki, İranın ali dini lideri Ayətullah Əli Xamaneyi bu fikrə sərt şəkildə qarşı çıxıb.
Onun sözlərinə görə, Vaşinqtonun bu yanaşması illərdir regionda yalnız müharibə, əzab və qeyri-sabitlik yaradıb.Xamaneyi bildirib ki, Trampın bəzi çıxışları o qədər səviyyəsiz idi ki, onlara cavab verməyə belə dəyməz:
“Elə alçaldıcı ifadələr işlətdi ki, adam həm onun, həm də amerikalı xalqın yerinə utanır. Tramp deyir ki, guya gücdən sülh üçün istifadə edəcək. Amma bu, yalandır. ABŞ illərlə gücü yalnız müharibə üçün istifadə edib. Qəzzada qırğınlara, müxtəlif ölkələrdə savaşları alovlandırmağa, öz maraqlarına uyğun rejimləri qorumağa çalışıb”.
Xamaneyi əlavə edib ki, ABŞ İsrailə ağır bombalar verib, o da bu bombaları Qəzzada uşaqların, xəstəxanaların, dinc insanların üzərinə yağdırıb:
“Eyni şeyi Livanda və başqa yerlərdə də etdilər. Biz isə düşmənlərimizin nifrətindən asılı olmayaraq gücümüzü sülh və təhlükəsizlik üçün artıracağıq. Qeyd edək ki, Tramp bu siyasətini vaxtı ilə ABŞ prezidenti olmuş Ronald Reyqanın “güclə sülh” (peace through strength) strategiyasına əsaslanaraq aparır.Reyqan deyirdi ki, “güc balansı yalnız illüziyadır, əsl sülh ancaq güc vasitəsilə əldə edilə bilər.” /Cebheinfo.az/