Tramp: Suriyanın sanksiyalarını ləğv edəndə İsrailin fikrini soruşmadım


ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı sanksiyaların ləğvinə qarşı çıxan israillilərin “fikirini istəmədiyini” deyib.

Turkustan.az xəbər verir ki, Tramp 13-16 may tarixlərini əhatə edən Körfəz turunu başa vuraraq son dayanacağı olan BƏƏ-dən ayrılıb.

Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə səfər etdiyi Körfəz turundan qayıtdıqdan sonra təyyarədə mətbuatın suallarını cavablandıran Tramp Suriya, Qəzza və İstanbulda Rusiya-Ukrayna sülh danışıqları ilə bağlı açıqlamalar verib.

Prezident Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın tələbi ilə Səudiyyə Ərəbistanında Suriyaya qarşı sanksiyaları qaldırdığını açıqlayan Tramp, israillilərin etirazları ilə bağlı suala: “Mən bunu onlardan soruşmadım, bunu düzgün hesab etdim” deyib.


MANŞET XƏBƏRLƏRİ