TƏCİLİ: Zelenski Türkiyəyə gəlir


Ukrayna prezidenti Vladimir Zelenski İstanbul danışıqları ilə əlaqədar Ankaraya yola düşüb.

Turkustan.az xəbər verir ki, Vladimir Zelenski son açıqlamasında danışıqlardan qorxmadıqlarını bildirib.

Türkiyənin İstanbulda ev sahibliyi edəcəyi Rusiya-Ukrayna sülh danışıqlarında Ukraynanı xarici işlər naziri Andrii Sybiha, müdafiə naziri Rustem Umerov və Ukrayna prezidentinin ofisinin rəhbəri Andriy Yermak təmsil edəcək.

Ukrayna mətbuatında çıxan xəbərlərə görə, İstanbuldakı Prezident Dolmabahçe Ofisində keçiriləcək danışıqlarda Ukraynanı təmsil edəcək adlar açıqlanıb.

Nümayəndə heyətinə Ukraynanın xarici işlər naziri Andriy Sıbiha, Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak, Ukraynanın müdafiə naziri Rustem Umerov, Ukrayna prezidentinin müşaviri İqor Yovkva və bir çox digər rəsmi şəxslər daxildir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ