Ukrayna prezidenti Vladimir Zelenski İstanbulda keçiriləcək danışıqlardan əvvəl açıqlama verib.
Turkustan.az xəbər verir ki, Rusiyanı kimin təmsil edəcəyini gözlədiyini deyən Zelenski, Ukraynanın bundan sonra hansı addımlar atacağına qərar verəcəyini bildirib.
Ukrayna lideri Telegram hesabında verdiyi açıqlamada danışıqlardan qorxmadıqlarını vurğulayıb.
Zelenski Pokrovsk və Donetsk cəbhələrindəki vəziyyətlə bağlı məlumat verib və Rusiyanın Belqorod və Kursk vilayətlərində qabaqlayıcı tədbir olaraq əməliyyatlarını davam etdirdiyini bildirib.
O, deyib ki, müharibənin niyə başladığı və niyə davam etdiyi ilə bağlı sualların cavabı Moskvadadır.
Aytən Yaşar/ Turkustan.az