Axios-un müxbiri Barak Ravid təfərrüatları bilən mənbəyə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp sabah Səudiyyə Ərəbistanında Suriya prezidenti Əhməd əl-Şara ilə görüşəcək.
Turkustan.az xəbər verir ki, Ağ Ev rəsmisi Trampın Şaraa ilə görüşəcəyini təsdiqləyib.
Bildirək ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və ABŞ prezidenti Donald Tramp və onları müşayiət edən nümayəndə heyətləri Yamame sarayında Kral Şurasında görüşüblər.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Trampı Ər-Riyaddakı Yamame sarayındakı Kral Məhkəməsində rəsmi mərasimlə qarşılayıb.
Aytən Yaşar/ Turkustan.az