Tramp Husilərə qarşı hücumu buna görə dayandırıb: Əsl səbəb başqaymış


Ötən həftə ABŞ prezidenti Donald Tramp husilərə qarşı hücumların dayandırılacağını açıqlamışdı.

Turkustan.az xəbər verir ki, Husilərin artıq döyüşmək istəmədiyini bildirən Tramp onlardan söz aldığını və bu vədə uyğun olaraq bir daha hücuma keçməyəcəklərini açıqlayıb.

“New York Times” (NYT) qəzetinin yazdığına görə, ABŞ prezidentinin bu qərarının arxasında duran səbəb hərbi məqsədlərə nail olunmamasıdır.

ABŞ prezidenti Tramp husilərə qarşı hücumların ilk 30 gündə nəticə verməyə başlayacağına ümid etdiyi halda, 31-ci gündə gələn hesabat istənilən nəticənin əldə olunmadığını göstərdi.

ABŞ husilər üzərində hava üstünlüyü belə əldə edə bilmədiyi halda, hər biri 30 milyon dollar dəyərində çoxlu sayda MQ-Reaper-9 tipli pilotsuz uçuş aparatı Husilər tərəfindən vurulub.

ABŞ-ın hücumları ilk bir ayda 1 milyard dollarlıq xərcə səbəb olarkən, 2 ədəd F/A-18 döyüş təyyarəsi gəmidən dənizə düşdü.

New York Times qəzetinin ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, Husilərin hava hücumundan müdafiə sistemləri az qala F-35 və F-16 qırıcılarını vuracaqdı.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ