ABŞ və Çin ticarət müharibəsində gərginliyi azaltmaq üçün gömrük rüsumlarını 90 gün müddətinə azaltmaq barədə razılığa gəliblər.
Turkustan.az xəbər verir ki, bu müvəqqəti konsensus qlobal bazarlarda müsbət atmosfer yaratdı.
Qlobal iqtisadi sabitliyi təhdid edən ABŞ-Çin ticarət müharibəsində yumşalma əlamətləri var. İki ölkə qarşılıqlı gömrük tariflərini aşağı salmaqla ticarət əlaqələrində yeni dövrün qapısını açıb. Türkiyə başda olmaqla, demək olar ki, bütün ölkələri əhatə edən qərar dünya mediasında böyük marağa səbəb olub.
Aytən Yaşar/ Turkustan.az