Dünya bu görüntüdən danışır: Makron dərhal gizlətdi, lakin… – VİDEO


Xəbər verdiyimiz kimi, ötən gün Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniyanın yeni kansleri Fridrix Merz və Polşa Prezidenti Donald Task Ukraynaya səfər ediblər.

Turkustan.az Globalinfo.az-a istinadən bildirir ki, Prezident Volodimir Zelenski ilə görüş keçirən Avropa liderlərinin səfərdən dönərkən qatarda çəkilən görüntüləri böyük rezonans doğurub.

Görüntülərdə Kir Starmer Makron və Merzin əyləşdiyi otağa daxil olarkən liderlər anidən ayağa qalxır. Masada iki içki stəkanı və sənədlərlə yanaşı bəyaz kağıza bükülmüş ağ nəsnə nəzərə çarpır. Həmçinin kanslerin yanında isə qəribə bir alət gözə dəyir. Lakin liderlər Starmeri gülümsəyərək salamladıqdan sonra masaya əyləşirlər. Bu zaman Merz dərhal qarşısındakı nəsnəni gizlətməyə çalışır. Makron da önündəki bükülmüş kağızı əlinə alaraq dirsəyinin arxasına atır.

Dünya və Avropa mətbuatı, o cümlədən, sosial şəbəkələrdə bunun narkotik olduğuna dair iddialar yayılıb. Həmçinin Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova da eyni iddia ilə çıxış edib.

Həmin görüntüləri təqdim edirik:

Gqq7bwwXYAA7P P


MANŞET XƏBƏRLƏRİ