Almaniyanın yeni xarici işlər naziri Johann Vadephul Qəzza zolağında vəziyyətin dözülməz hala gəldiyini bildirib.
Turkustan.az xəbər verir ki, Vadephul İsrail və Fələstinə səfərləri öncəsi verdiyi açıqlamada 7 oktyabr 2023-cü ildə baş verən hücumu şiddətlə qınadıqlarını və İsrailin öz təhlükəsizliyini təmin etməsində dəstəklədiklərini bildirib.
HƏMAS-ın döyüşləri dayandırmalı və bütün girovları azad etməli olduğunu müdafiə edən nazir: "Mart ayından bəri intensivləşən döyüşlərin strateji məqsədini soruşacağam" deyib.
O, İordan çayının qərb sahilində nifrət və ekstremizmin güclənməsinin qarşısını almaq üçün siyasi və iqtisadi gələcəyə ehtiyac olduğunu və onun keçirəcəyi danışıqlarda təcili ehtiyac duyulan islahatlarda və İsrail yaşayış məntəqələrinin inşasında Fələstin Administrasiyasına necə dəstək veriləcəyinə diqqət yetiriləcəyini bildirib.
Wadephul, iki dövlətli həll perspektivinin, nə qədər uzaq görünsə də, İsrail və qonşuları üçün sülh və təhlükəsizlik üçün ən yaxşı şans olduğuna inandıqlarını və buna mane edilməməsi lazım olduğunu ifadə edib.
Aytən Yaşar/ Turkustan.az