Putini oğurlamağı təklif etdi - Britaniya nazirindən şok açıqlama


Britaniyanın müdafiə naziri Con Hili Rusiya prezidenti Vladimir Putinin saxlanılaraq məsuliyyətə cəlb olunmasını istədiyini bildirib.

Turkustan.az xəbər verir ki, bu barədə Ukraynanın "UNIAN" nəşri məlumat yayıb.

Məlumata görə, jurnalist Con Hiliyə hansı dünya liderini “oğurlamaq” istəyə biləcəyi ilə bağlı sual verib. Cavabında Britaniyanın müdafiə naziri Vladimir Putini misal çəkərək, onu həbs edib hərbi cinayətlərə görə məhkəmə qarşısına çıxarmağın tərəfdarı olduğunu deyib. Hili Putinin Venesuela prezidenti Nikolas Maduronun saxlanılması ssenarisi üzrə aradan götürülə biləcəyini də istisna etməyib.
Nazir vurğulayıb ki, Rusiya lideri Ukraynada törədilən hərbi cinayətlərə görə beynəlxalq məsuliyyət daşımalıdır.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Vladimir Putinin saxlanılması ilə bağlı hər hansı əməliyyat planlaşdırmadığını açıqlamışdı. Jurnalistin bu cür əməliyyatın mümkün olub-olmaması ilə bağlı sualına Tramp “Bunun zəruri olacağını düşünmürəm” cavabını vermişdi./Musavat.com


MANŞET XƏBƏRLƏRİ