Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) Veneranı araşdırmaq üçün 1972-ci ildə kosmosa buraxılan Kosmos-482 adlı kosmik gəminin Hind okeanında qəzaya uğradığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Roskosmos yazılı açıqlamada Kosmos-482 kosmik gəmisinin taleyi ilə bağlı məlumat verib.
Açıqlamada Kosmos-482-nin bu gün Türkiyə vaxtı ilə 09.24-də atmosferə daxil olduğu və kosmik gəminin İndoneziyanın qərbində Hind okeanına düşdüyü bildirilib.
Açıqlamada qeyd olunub ki, kosmik gəmi 1972-ci ildə Veneranı araşdırmaq üçün kosmosa buraxılıb, lakin nasazlıq səbəbindən Yerin elliptik orbitində qalıb və daha sonra planetə qayıdıb.
Aytən Yaşar/ Turkustan.az