Almaniya: NATO üçün daha çox şey etməliyik


Almaniya kansleri kimi Fridrix Merz NATO-nun Brüsseldəki mənzil-qərargahında baş katib Mark Rutte ilə birgə mətbuat konfransında danışıb.

Turkustan.az xəbər verir ki, Merz ölkəsinin NATO-ya verdiyi dəstəyə diqqət çəkərək: "Biz Almaniya olaraq bu günə qədər güclü bir töhfə verdik. Amma Almaniya daha çox etməlidir. Biz daha çox etməli olduğunu bilirik" deyib.

Bu səbəblə son qanunvericilik dövründə müdafiə maliyyəsini əhəmiyyətli dərəcədə artırmağa qərar verdiklərini ifadə edən Merz: "Artıq Almaniyanın ümumi daxili məhsulunun yüzdə birindən yuxarı müdafiə xərclərini borc əyləci olaraq saymaq məcburiyyətində qalmayacağıq. Bu, Berlində də dediyim kimi, nə lazımdırsa, edə bilərik. Alyansın müdafiə qabiliyyətini təmin etmək üçün lazım olan pulu xərcləyə bilərik" -deyə, bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ