Tramp: Çinə tətbiq etdiyimiz 145 faiz vergini ləğv etməyəcəyik


ABŞ prezidenti Donald Tramp Oval kabinetdə mətbuatın suallarını cavablandırıb.

Turkustan.az xəbər verir ki, bir müxbirin Çini danışıqlar masasına oturtmaq üçün 145%-lik tarifi geri götürməyə hazır olub-olmadıqları ilə bağlı sualına Tramp “Xeyr” cavabını verib.

Tramp Çinlə ticarət əlaqələrində milyardlarla dollar itirdiklərini və bunun artıq bitdiyini bildirib.

ABŞ prezidenti Donald Tramp Hindistan və Pakistan arasındakı münaqişəyə son qoymağa çağırıb və həll yolunu dəstəkləməyə hazır olduğunu vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ