Almaniyada Ukrayna üçün dron istehsal edən GİZLİ ZAVOD aşkarlandı


Almaniyada Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün süni intellektlə təchiz edilmiş pilotsuz uçuş aparatları (PUA) istehsal edən "gizli" zavod fəaliyyət göstərir.

Turkustan.az xəbər verir ki, bu barədə Amerikanın "The New York Times" qəzeti yazır.

Nəşrin məlumatına görə, söhbət tam məxfilik rejimində işləyən "Helsing" zavodundan gedir.

Xüsusilə, müəssisənin binalarının üzərində şirkətin loqotipləri yoxdur. Təhlükəsizlik protokollarında isə təhlükə yarandıqda istehsalın tamamilə dayandırılacağı və bir gün ərzində başqa yerə köçürüləcəyi nəzərdə tutulur.

Materialdan məlum olur ki, eyni zamanda oradakı işçilərdən məlumatların yayılmaması barədə sənəd imzalamaq tələb olunur.

Jurnalistlər qeyd ediblər ki, şirkətin əsas məhsulu süni intellektlə təchiz olunmuş "HX-2" zərbə pilotsuz uçuş aparatlarıdır. Bu PUA-ların çəkisi 12 kq, dəyəri isə təxminən 17,5 min avro təşkil edir./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ