Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin püşkatma mərasimi keçirilib.
Monakoda təşkil edilən püşkatma mərasimində Azərbaycanın “Qarabağ” klubunun da rəqibləri məlum olub.
Püşkün nəticəsinə əsasən, “Qarabağ”ın rəqibləri aşağıdakı klublar olacaq:
"Çelsi", İngiltərə (Bakıda)
"Liverpul", İngiltərə (səfərdə)
"Benfika"', Portuqaliya (səfərdə)
"Ayntraxt", Almaniya (Bakıda)
"Ayaks", Niderland (Bakıda)
"Napoli", İtaliya (səfərdə)
"Atletik", İspaniya (səfərdə)
"Kopenhagen", Danimarka (Bakıda)
Çempionlar Liqasında ilk turun oyunları sentyabrın 16-18-də keçiriləcək. Oyunların təqvimi 30 avqustda açıqlanacaq.
Turkustan.az-ın Modern.az-a istinadən məlumatına görə, futbol mütəxəssisləri və idman jurnalistləri tarixində ikinci dəfədir Çempionlar Liqasının əsas mərhələsində eştirak edən “Qarabağ”ın çətin rəqiblərlə üz-üzə gələcəyi qənaətindədirlər.
“Qarabağ” bəzi rəqiblərlə əvvəllər də qarşılaşıb. Məsələn, 2017-ci ildə "Çelsi" ilə Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakıda keçirilən qarşılaşma İngiltərə klubunun 4:0 hesablı qələbəsi ilə başa çatmışdı. Londonda keçirilən səfər oyununda da komandamız məğlub olmuşdu – 0:6.
Danimarkanın “Kopenhagen” klubu da “Qarabağ”a tanışdır. 2017-ci ildə “Kopenhagen” Bakıda Çempionlar Liqasının ilk “pley-off” matçına çıxmış və “Qarabağ”a 0:1 hesabı ilə uduzmuşdu. Səfərdə isə komandamız danimarkalılara məğlub olmuşdu – 1:2.
“Qarabağ” Niderlandın “Ayaks” klubu ilə də qarşılaşıb. Komandamız 2024-cü ildə Avropa Liqasının Liqa mərhələsində “Ayaks”ı Bakıda qəbul edib və görüş qonaqların 0:3 hesablı qələbəsi ilə yekunlaşıb.