Metroda gedişhaqqını NFC ilə ödəyənlərin NƏZƏRİNƏ – 10 dəqiqə gözləməsəniz... – RƏSMİ


Bakı metrosundan gündə yüzlərlə sərnişin istifadə edir. Sərnişinlər gediş haqqının daha sürətli və rahat yolla həm Bakıkart, həm NFC, həm də plastik bank kartları ilə edə bilirlər. Lakin sərnişinlər ödəmələrdə bəzi problemlərin yarandığından şikayətlənirlər.

Bunlar əsasən bir bank kartından bir neçə dəfə istifadəetmədə yaranan problem və ödənişin bank kartından həmin vaxt deyil, digər saatlarda çıxması ilə bağlıdır.

Plastik bank kartından istifadə edən sərnişin idddia edir ki, ikinci dəfə həmin bank kartından istifadə edə bilməyib. Metronun “Sahil” stansiyasında bu halla rastlaşan sərnişin turniketlərin işləmədiyini qeyd edib.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən vaxtda “Sahil” stansiyasında mövcud olan 12 ədəd turniketin hər hansı birinin nasazlığı barədə qeydiyyat və ya şikayət daxil olmayıb.

Qeyd edilib ki, çətinliyin yaranmasına səbəb şəxsin istifadə etdiyi mobil telefon və bir turniketdən ikidən cox NFC keçidi edilməsi cəhdi ilə əlaqədardır. Hazırda eyni turniketdən eyni kartla keçid etmək üçün 10 dəqiqə gözləmək lazım olsa da, digər turniketdən gözləmədən eyni kartla ödəniş etmək mümkündür.


MANŞET XƏBƏRLƏRİ