Noyabrın 3-ü Günəşdə partlayış aktivliyi artmağa davam edəcək.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.
“Epizodik geomaqnit pozğunluqları mümkündür. Məşəl aktivliyinin daha da artması gözlənilir”, – deyə bildirilib.
Mütəxəssislərin fikrincə, son 24 saat ərzində geomaqnit vəziyyət sakit olub, məşəl aktivliyi isə orta səviyyədə qalıb.
Qeyd edək ki, noyabrın 2-də iki həftəlik fasilədən sonra günəş alovlarının aktivliyi haqqında məlumat yayıldı. /globalinfo.az/