Əfqanıstan: ABŞ pilotsuz təyyarələri hava məkanımızı pozur


Əfqanıstan hökumətinin sözçüsü Zabihullah Mücahid onların hava məkanının ABŞ-ın pilotsuz uçuş aparatları (PUA) tərəfindən pozulduğunu bəyan edərək, bunların Pakistan ərazisindən gəldiyini iddia edib.

Turkustan.az xəbər verir ki, Mücahid Tolo News-a bildirib ki, İstanbulda keçirilən danışıqlarda Pakistan Əfqanıstan ərazisinin onlara qarşı istifadə edilməməsini tələb edib və eyni şəkildə Pakistan ərazisinin və hava məkanının da Əfqanıstana qarşı istifadə edilməməsini istəyib.

“Həqiqətən də, Amerika pilotsuz təyyarələri Əfqanıstan səmasında fəaliyyət göstərir, onlar Pakistanın hava məkanından keçir və bizim hava məkanımızı pozur”, - deyən Mücahid Pakistandan bunun qarşısını almasını istədiklərini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ