İsrail Qəzzada atəşkəs rejimini pozmaqda davam edir


İsrail ordusu növbəti dəfə atəşkəsi pozaraq Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinə hücum edib.

Turkustan.az xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail ordusuna məxsus pilotsuz uçuş aparatlarının Xan Yunisin şərqindəki Beni Süheyla qəsəbəsinə təşkil etdiyi hücumda bir qrup fələstinli yaralanıb.

Şəhərin şərqindəki Abasan Kebir qəsəbəsi və ətrafı, həmçinin Hansa məktəbi artilleriya atəşi ilə hədəfə alınıb.

İsrail əsgərləri Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsinin sahilində bəzi qayıqları vurub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ