"WhatsApp"da kilosu 17 manata ət satılır


Dabaq xəstəliyinin geniş yayıldığı ərəfədə insanlar ət almağa ehtiyat edirlər.

Kimisi bir müddət ət yemək istəmir, bəziləri isə etibarlı satış ünvanı axtarırlar.

Redaksiyamıza daxil olan şikayətdə "WhatsApp"da ət satanlar ortaya çıxıb.

Həmin reklam xarakterli elani təqdim edirik:

"Xəstəliklə bağlı insanlar ət almaqdan qorxurlar. Tam sağlam, yaxşı, təmiz, halal kəsilmiş və tez bişən kişi dana əti lazım olanlar buyura bilərlər. Ətin qiyməti 1 kq üçün 17 manatdır. Dükana getməyə ehtiyac yoxdur, sifariş versəniz, işdən gələn zaman blokunuza qədər çatdırılır.

Artıq bir çox qonşuya ət gətirilib və hamı çox razı qalıb, təşəkkürünü bildirib.

Ünvan: Asan Xidmətdən Midaya gələn yolun sağında, 1-ci ət dükanı Qəssab Ramiz".

Qeyd edək ki, AQTA vətəndaşlara müşayiətedici sənədləri və möhürü olmayan ətləri almamağı tövsiyə edir. /Milli.Az/


MANŞET XƏBƏRLƏRİ