Kislytsya: Müharibə mövcud təmas xəttində atəşkəslə başa çatmalıdır


Ukrayna xarici işlər nazirinin müavini Sergiy Kyslytsya Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, o, bildirib:

"Məncə, prezident Tramp və Ukrayna prezidentinin mövqeyi eynidir. Müharibə hazırkı təmas xəttində atəşkəslə dayandırılmalıdır" dedi.

Kyslytsya Türkiyənin Ukraynadakı müharibə boyu həm Ukrayna, həm də Rusiya ilə dialoq kanallarını açıq saxlayan nadir ölkələrdən biri olduğunu qeyd edərək, Türkiyə-Ukrayna əlaqələrinin köklü bir tarixə malik olduğunu vurğulayıb.

Kyslytsya deyib ki, Ukraynada müharibə "çoxlarının düşündüyü kimi 2022-ci ildə deyil, əslində 2014-cü ildə başlayıb".

Türkiyənin bölgədəki strateji mövqeyinə işarə edən Kyslytsya, "Türkiyə coğrafiyasına və Qara dəniz bölgəsinin əhəmiyyətinə görə strateji bir mövqedədir. Qara dənizlə bağlı bəzi beynəlxalq hüquqi müddəaların həyata keçirilməsində Türkiyənin qətiyyətli və ardıcıl mövqeyini çox yüksək qiymətləndiririk" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ