Mehdiyevin köməkçisi bundan əvvəl də həbs olunubmuş


Xəbər verdiyimiz kimi, AMEA katibliyinin keçmiş rəisi Eldar Əmirov həbs olunub. O, dövlət çevrilişinə cəhddə iştirak etməkdə ittiham olunur.

Onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Eldar Əmirov Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu vaxt Administrasiyanın əməkdaşı olub, son vaxtlara kimi onun köməkçisi işləyib.

Turkustan.az-ın Modern.az-a istinadən məlumatına görə, Eldar Əmirov bundan əvvəl də həbsdə olub.

O, 2022-ci ildə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə təqsirləndirilib və məhkəmənin qərarı ilə 30 sutka həbsdə olub. Daha sonra həbs müddəti bitməmiş məhkəmənin qərarı azadlığa çıxıb.

Mətbuatda onun barəsində bir sıra iddialar da yayılıb. Qeyd olunur ki, Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrdə akademiyaya Eldar Əmirov vasitəsilə nəzarət edib. Onun Mehdiyevin baldızının oğlu olduğu iddia edilsə də, sonrada bu məlumat təsdiqini tapmayıb.


MANŞET XƏBƏRLƏRİ