Yaşar Gülər də Azərbaycana gəlir


Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Zəfər paradında iştirak etmək üçün Bakıya səfər edəcək.

Turkustan.az xəbər verir ki, səfər noyabrın 7-nə planlaşdırılıb.

Qeyd edək ki, Bakıda Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr edilmiş parad keçiriləcək.

Parad noyabrın 8-də paytaxtın Azadlıq meydanında təşkil olunacaq. /bakivaxti.az/


MANŞET XƏBƏRLƏRİ