Rusiyalı hərbi ekspertlər hesab edirlər ki, Rusiya sərhədsiz mənzilli nüvə raketlərini sınaqdan keçirməklə ABŞ-a güclü siyasi mesaj verir.
Turkustan.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin nüvə mühərrikli buraxılış sisteminə malik “Burevestnik” qeyri-məhdud mənzilli qanadlı raketin və “Poseydon” pilotsuz sualtı gəmisinin uğurla sınaqdan keçirildiyini açıqlayıb.
Bu raketlərin dünyada analoqunun olmadığını bildirən Putin bu raketlərin tezliklə orduda istifadəyə veriləcəyini açıqlayıb.
Sınaqlar zamanı "Burevestnik" raketinin 14 min kilometr məsafə qət etdiyi və 15 saat havada qaldığı bildirildi, "Poseydon"un da sürəti və hərəkət dərinliyi baxımından güclü olduğu ifadə edildi.
Bildirilir ki, dünyada bu raketlərin qarşısını ala biləcək müdafiə sistemi yoxdur.
Rusiyalı hərbi ekspertlər “Burevestnik” və “Poseydon” sınaqlarının strateji məqsədi və ABŞ üçün hansı mesajı ehtiva etdiyi barədə danışıblar.
Aytən Yaşar/ Turkustan.az