Paşinyan yenidən namizəd oldu - “Qarabağsız Ermənistan”


Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak edəcək.

Turkustan.az xəbər verir ki, Paşinyan bu barədə öz sosial media hesabında paylaşım edib.

O, seçkilərdə “Qarabağsız Ermənistan” konsepsiyası ilə iştirak edəcəyini açıqlayıb.

Paşinyan bildirib ki, məqsədi Ermənistanın beynəlxalq hüquq normalarına əsaslanan, regional təhlükəsizliyə yönəlmiş siyasət yürütməkdir.

“Qarabağsız Ermənistan konsepsiyası ilə 2026-cı il seçkilərinə qatılıram. İnanıram ki, bu, ölkəmizin demokratik və təhlükəsiz gələcəyi üçün yeganə doğru yoldur”, - Paşinyan qeyd edib.

Məktub “Vətəndaş müqaviləsi” partiyasının adından, Nikol Paşinyanın imzası ilə yayımlanıb.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri gələn ilin yay aylarında keçiriləcək. /modern.az/


MANŞET XƏBƏRLƏRİ