Ermənistan SİLAHLANIR – Fransa ilə böyük məbləğdə müqavilə


Ermənistan 2023–2024-cü illərdə Fransa ilə 274 milyon avrodan çox dəyərində silah tədarükü müqavilələri imzalayıb.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri Fransa Silahlı Qüvvələr Nazirliyinin parlamentə təqdim etdiyi hesabatına istinadən məlumat yayıb.

Sənəddə qeyd olunur ki, “yeni texnikanın ixracı, hərbi təlimlərin və birgə əməliyyatların keçirilməsi sırf müdafiə xarakteri daşıyır.

2023-cü ildə İrəvanda yaradılan Fransanın müdafiə missiyası erməni tərəfdaşlarla daha sıx əlaqələr qurmağa və əməkdaşlığın optimal formatlarını müəyyən etməyə imkan verəcək”.

2022-ci ilə qədər Fransa demək olar ki, Ermənistana silah tədarük etmirdi. Lakin 2023–2024-cü illərdə Ermənistan quru qoşunlarının arsenalını gücləndirmək üçün bir çox müqavilələr imzalanıb. Bundan əlavə, Ermənistanın müdafiə sənayesi sahəsində birgə layihələrin həyata keçirilməsi də müzakirə olunur.

Hesabatda bildirilir ki, Fransa Ermənistana “Sezar” özüyeriyən haubitsaları, eləcə də 15 ədəd tank əleyhinə raket və onların buraxılış qurğularını tədarük edir./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ