Əhaliyə 8-9 noyabrla bağlı XƏBƏRDARLIQ


Noyabr ayında Yer kürəsinə zərbə vuran maqnit qasırğalarının artma ehtimalı ilə əlaqədar ekspertlər ciddi xəbərdarlıqlar edirlər. Bu, günəş fəaliyyəti dövründə maqnit sahəsinə təsir edən güclü fırtınaların artmaqda olduğuna dair siqnaldır.

NOAA Space Weather Prediction Center (SWPC) tərəfindən 20 oktyabr–15 noyabr dövrü üçün açıqlanan 27 günlük kosmik hava proqnozuna görə, 8-9 noyabr aralığında və 15 noyabr tarixində maqnit fırtınaları G1-G2 səviyyəsində (yəni yüngül-orta) gözlənilir.

Eyni zamanda, kosmik hava saytı Spaceweather.com göstərir ki, Yer səthində aktiv maqnit sahəsi narahatlıqları artıb və “şiddətli” nöqtəyə doğru meyl var.

Bu fırtınalar nəticəsində peyklər, naviqasiya sistemləri, radio-kommunikasiya və elektrik şəbəkələri risk altında qala bilər.

Bəs nə edilməlidir?

Kosmik hava təsirlərinə həssas sahələrdə (yüksək texnologiyalı peyklər, telekommunikasiya, enerji infrastrukturuna malik ölkələr) qabaqlayıcı tədbirlər görülməlidir.

Günəşdə aktivlik yüksəldiyindən xəbərdarlıqlara ciddi baxılmalı və texnoloji sistemlərdə risklərin minimuma endirilməsi üçün müvafiq istismar təlimatları verilmiş olmalıdır. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ